Ukraynanın 3 kəşfiyyatçısı separatçıların əsirliyindən azad olundu - Foto
ABŞ-da səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko öz facebook hesabından məlumat yayaraq, 3 ukraynalı kəşfiyyatçı zabitin separatçıların əsirliyindən azad olunduğunu yazıb.
Avropa.info-nun verdiyi xəbərə görə, Poroşenko Tvitter hesabında da azad olunan hərbiçilər barədə məlumat paylaşaraq onların ad və soyadını açıqlayıb.
Ukrayna mətbuatının yaydığı xəbərdə bildirilir ki, Donos V.M, İvoveç, E.A Mandje E.P. bir müddət öncə daha 5 sərhədçi separatçıların girovluğundan azad olunub.






