İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı nazirlər tərəfindən təltif edilən HƏMYERLİMİZ KİMDİR? - FOTOLAR

1182 13.08.2022 22:05 Dünya A A

Ukraynada aylardır davam edən savaşda həm ön, həm də arxa cəbhədə onlarla azərbaycanlı mücadilə verir. Gənc qəhrəmanlarımızdan biri də Nikolayev şəhər Radasının deputatı, şəhər idmançıları həmkarlar idarəsinin sədri Ramil Zaur oğlu Ağabəyovdur.

Bu barədə Musavat.com-a media qrupumuzun Ukraynada yaşayan müxbiri Anar Natiqoğlu məlumat verib.

Onun sözlərinə görə, savaşın ilk günlərindən həm təxliyə, həm humanitar dəstək aksiyalarında öndə olan həmyerlimiz Ukrayna Gənclər gününə həsr olunmuş, dövlət başçısı Vladimir Zelenskinin də iştirak etdiyi onlayn foruma qatılıb.

"O, Ukrayna Gənclər hərəkatında fəal iştirakına görə gənclər və idman naziri Vadim Qutsayt və Nikolayev vilayət Radasının sədri Anna Zamazeeva tərəfindən təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamələri Ramil Ağabəyova Nikolayev vilayət administrasiyanın rəhbəri, qubernator Vitali Kim təqdim edib. Azərbaycan xalqının adını Ukraynada uca edən həmyerlimizlə qürur duyuruq" - Anar Natiqoğlu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR