İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan dəhşətli təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ açıqlaması VİDEO

2110 24.01.2024 14:33 Dünya A A

"Ukrayna tərəfi hadisə ilə bağlı məlumatları dəqiqləşdirir və birmənalı açıqlamalar verə bilməz".

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna Müdafiə Nazirliyi təyyarənin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu hələ təsdiqləyə bilmir, məlumat dəqiqləşdirilir", - deyə nəşr yazır.

Xatırladaq ki, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb. Ukrayna Müdafiə Nazirliyindəki mənbə "RBK Ukraina"ya bildirib ki, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub.

Rusiya Müdafiə Nazirliyi təyyarənin vurulması faktını təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR