İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadakı Azərbaycan diasporu ofisindən Türkiyə bayrağı asıb

1117 26.11.2015 15:05 Son xəbər A A
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu gərginləşməkdə olan Rusiya-Türkiyə münasibətləri zəminində qardaş ölkəni haqlı sayan mövqe nümayiş etdirib.

XəzərNews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, dünən axşamdan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kiyevdə yerləşən mərkəzi ofisindən Türkiyənin bayrağı asılıb. 

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub. Baş verən hadisədən sonra iki ölkənin dövlət başçıları və müvaffiq qrumları arasında ciddi fikir ayrılığı və söz müharibəsi gedir. Bununla belə, bir qrup şəxs Türkiyənin Rusiyadakı səfirliyinə hücum edib və səfirliyin binasını yumurta atəşinə tutublar. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR