Ukraynada yeni xarici işlər naziri təyin olunur
Ukrayna prezidenti Pyotr Poroşenko xarici işlər naziri postuna namizədini müəyyənləşdirib.
”Media forum” saytının məlumatına görə, prezident bu posta Ukraynanın Almaniyadakı səfiri Pavel Klımkinin təyin edilməsini istəyir. İyunun 18-də Pyotr Poroşenko Pavel Klımkinin namizədliyini təsdiqlənməsi üçün Ali Radaya göndərib.
Viktor Yanukoviç prezident postundan uzaqlaşdırılandan sonra Ukraynada xarici işlər naziri vəzifəsinin səlahiyyətlərini Andrey Deşitsa icra edirdi.
Bir neçə gün əvvəl Andrey Deşitsa Kiyevdə, Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında Rusiya prezidenti Vladimir Putin haqqında təhqiramiz ifadə işlətmişdi.






