İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada Rusiyanın məşhur teleaparıcısı barədə həbs qərarı çıxarılıb

1751 07.03.2022 10:21 Dünya A A

Ukrayna məhkəməsi Rusiyanın tanınmış teleaparıcısı və media meneceri Tina Kandelaki haqqında qiyabi həbs qərarı çıxarıb.

Azpost.info bildirir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova bildirib. Kandelakinin beynəlxalq axtarışa verilməsi planlaşdırılır.

Baş Prokuror deyib ki, Kandelaki cinayət törətmədə şübhəli şəxs sayılır. Kandelakiyə qarşı cinayət məcəlləsinə əsasən ölkənin konstitusiyalı quruluşunu zorla dəyişdirmək, hakimiyyəti ələ keçirmək, Ukraynanın dövlət sərhəddini və ərazisini dəyişdirmək ittihamı irəli sürülüb.

Bundan əvvəl tanınmış Rusiya estrada müğənnisi Oleq Qazmanova və kinorejissor Nikita Mixalkov haqqında da analoji qərar verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR