Ukraynada hökm sürən qarlı, çovğunlu hava şəraiti ilə bağlı ölkənin 12 vilayətinin 300-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, Odessa vilayətinin 85, Xerson bölgəsinin 54, Çerniqov vilayətinin 40, Nikolayev bölgəsinin 34 yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayanıb.
Kiyev də daxil olmaqla 6 vilayətdə yük avtomobillərin girişinə məhdudiyyətlər qoyulub.
Kiyev, Lvov və Odessa aeroportlarında daxili və xarici reyslərin qrafikində problem yaranıb.






