İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada qeyri-sabit hava şəraiti ilə bağlı ölkənin 7 vilayətinin yaşayış məntəqələri işıqsız qalıb

422 29.01.2021 16:44 Dünya A A

Ukraynada hökm sürən qeyri-sabit, qarlı hava şəraiti ilə bağlı ölkənin 358 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, son 3 gündə güclü külək, qar və çovğunla müşahidə edilən hava şəraiti nəticəsində Ukraynanın 7 vilayətində bəzi yaşayış məntəqələri işıqsız qalıb. Hazırda Nikolayev vilayətinin 140, Odessa vilayətinin 133, Kirovoqrad vilayətinin 38 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Bundan başqa bəzi vilayətlərə gedən şose yollarında yaranan problem sərnişin avtobuslarının normal fəaliyyətinə təsir edib. Bir çox şəhərlərdə qeyri-normal hava şəraiti nəticəsində yol nəqliyyat hadisələrinin sayı kəskin artıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR