İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada məhkəmə hakiminin xəyanəti ortaya çıxdı - ruslarla əməkdaşlıq edirmiş

1069 12.05.2022 20:45 Dünya A A

Ukraynanın Xarkov vilayətinin rayon məhkəmələrindən birinin xanım başçısı vətənə xəyanət etməkdə suçlanır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət təhqiqatlar bürosu məlumat yayıb.

DTP əməliyyatçıları işğal olunmuş həmin rayonun yerli hakiminin ruslarla əməkdaşlığa getdiyini təsbit ediblər. Həmin hakim işğalçılar üçün də yerli əhaliyə qarşı eyni xidməti göstərəcəkmiş.

Məhkəmənin işini tez bir zamanda bərpa etmək üçün adı çəkilməyən hakim "həmfikirlərdən" ibarət komanda toplayaraq Rusiya qanunları ilə çalışan hüquq-mühafizə orqanı yaratmaq istəyirmiş .

O, tabeliyində olan şəxsləri Ukraynaya xəyanətə və birlikdə işğalçı hakimiyyətin qondarma “məhkəmə proseslərində” iştirak etməyə çağırıb”, - deyə rəsmi informasiyada bildirilir.

Hazırda həmin hakimi ömürlük həbs cəzası və əmlakının müsadirə olunması gözləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR