İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hökumət binalarını ələ keçirən etirazçılar yalnız Maydandan gələn əmrlərə tabe olacaq

2042 24.01.2014 13:32 Dünya A A
Ukraynanın bəzi bölgələrində vilayət dövlət inzibati binalarının ələ keçirilməsi Maydanın genişləndirilməsidir.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla müxalif “Batkivşina” fraksiyasının deputatı Andrey Parubiy çıxış edib.
 
Hər saat ölkənin müxtəlif bölgələrində dövlət inzibati binalarının ələ keçirildiyi haqda məlumatların daxil olduğunu deyən A. Parubiy bildirib ki, bunu edən müxalifət tərəfdarları yalnız Maydandan gələn əmrlərə tabe olacaq.
 
“Onlar Yanukoviçin əmrlərinə tabe olmayacaq”, - deyə o, vurğulayıb.
 
Artıq Lvov, İvano-Frankovsk, Ternopol, Xmelnitsk, Rovno və Çerkassıda vilayət inzibati binaların etirazçılar tərəfindən ələ keçirildiyi bildirilir. Yalnız Çerkassıda bu gün səhər hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifət tərəfdarlarını binadan çıxara biliblər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR