Ukraynada “Donetsk xalq respublikasının” 8 silahlısı ələ keçirilib
Ukraynada, Mariuopol şəhərində Rusiyanın aktiv şəkildə dəstək verdiyi “Donetsk xalq respublikasının” 8 döyüşçüsü ələ keçirilib.
Musavat.com-un Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə silahlı separatçılar Vodyanoy rayonunda diversiya fəaliyyətini həyata keçirməyi planlayıblarmış.
Ukrayna Antiterror Əməliyyatlar mərkəzindən verilən məlumata görə Rusiyapərəst silahlı şəxslərin daha bir qrupu separatçı “DXR”-in nəzarət etdiyi Şirokino rayonundan Ukraynanın nəzarəti altında olan əraziyə keçməyə cəhd edib.
Aşkar olunan diversiya qrupunu ələ keçirmək üçün əməliyyat keçirilib. Həmin əməliyyat zamanı düşən atışmada 2 diversant öldrürülüb.






