İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada "arzuolunmaz sənətçilər" siyahısına düşən Loboda: "Siyahılarınız məni maraqlandırmır!"

1193 23.03.2022 11:42 Şou-biznes A A


Məlum olduğu kimi Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsi prezident Volodimir Zelenskiyə bir sıra Rusiya və Ukrayna artistlərinin fəxri adlarından məhrum edilməsi ilə bağlı müraciət ünvanlayıb.

Müraciətdə Nikolay Baskov, Vladimir Bortko, Vasili Qerello, Filipp Kirkorov, İqor Krutoy, Ani Lorak, Svetlana Loboda, Taisiya Povaliyin "Ukraynanın Xalq artisti" və "Ukraynanın Əməkdar artisti" fəxri adlarından məhrum edilməsi tələb edilib.

Ukraynada "arzuolunmaz sənətçilər" siyahısına düşən Əməkdar artist, müğənni Svetlana Loboda məsələyə öz "İnstagram" hesabında reaksiya bildirib. Müğənni bu cür siyahıların onu maraqlandırmadığını və bacardığı qədər ukraynalılara humanitar yardım etdiyini deyib:
"Milyonlarla ukraynalı hər şeyini itirib. Onlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Həyatlarını xilas etmək üçün əllərində olan hər şeyi tərk ediblər. Məndən asılı olan hər şeyi edirəm ki, onlar ən azı ilkin ehtiyaclarını ala bilsin.

Tez-tez bu cür siyahılar ortaya çıxır. Bildirirəm ki, sizin siyahılarınız məni maraqlandırmır! Sevinirəm ki, bunu etməyə vaxtınız var. Lakin mən aclıqdan ölməkdə olan uşaqlar üçün bez və dərmanların alınmasına daha bir neçə milyon qrivna xərcləyəcəm. Mənimlə birlikdə könüllü olan hər kəsin qarşısında baş əyirəm".

Qeyd edək ki, bir müddət əvvəl Lobodanın Ukrayna vətəndaşlığından imtina etməsi ilə bağlı iddialar yayılmışdı. Müğənni sosial şəbəkədə Ukrayna pasportunun fotosunu paylaşaraq, iddiaları təkzib etmişdi.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR