Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.
Prezident bildirib ki, telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:
“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.
V.Zelenski ilə Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var.






