İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna təyyarəsin İran raketlə vurub” - Donald Tramp bu versiyanı gündəmə gətirdi

1000 09.01.2020 22:33 Gündəm A A

ABŞ-ın yüksək ranqlı məmurları, o cümlədən Donald Tramp hesab edir ki, Ukrayna təyyarəsinin İran raketi tərəfindən səhvən vurulması ilə bağlı ciddi şübhələr var.

"CNN"in xəbərində belə deyilir.


Bu versiya Ukrayna ilə İran arasında müzakirələr zamanı da ortada olub. O da məlum olub ki, havada partlayan təyyarə 3 il 6 ay əvvəl ilk dəfə səmaya qalxıb.



Bu versiyanı gücləndirən əsas amil odur ki, pilotların səsi qəfildən kəsilib. Və onların son səs yazısında hər hansı təlaş əlaməti hiss olunmur. Bu isə onu deməyə ciddi əsaslar verir ki, təyyarə bir anda partlayıb. Nəticədə 176 nəfər ölüb.

Hasan Shirvani/AFP/Getty Images

Cəmi 2 gün əvvəl “Yeni Müsavat” olaraq 1988-ci ildə baş vermiş bir olaydan yazmışdıq. O vaxt ABŞ İranın sərnişin təyyarəsin raketlə vurmuşdu. O vaxt ölənlərin sayı 290 nəfər ölmüşdü.

Nicholas Kamm/AFP/Getty Images

İllərlə uzanan mübahisələrdən sonra Amerika həmin partlayışa görə məsuliyyəti öz üzərinə götürdü və hər bir ölmüş sərnişinin ailəsinə 213 min 103 dollar 45 sent kompensasiya ödədi...

Bu dəfə necə olacaq? Tarixin bu şəkildə təkrarlanması heç arzu olunan deyil.

P.S "The Newsweek" yazır ki, Ukrayna təyyarəsinin İran tərəfindən Rusiya istehsalı olan yer-hava tipli raket sistemi " Tor-M1"lə vurulması ehtimalı güclüdür. Əgər bu versiya öz təsdiqini tapsa, dünya ictimaiyyətini aldadan İran bu yalanın altından çıxa bilməyəcək. 176 nəfərin ölümünün səbəbini dövlət səviyyəsində gizlətməyə çalışmaq-dünya bunu bağışlamaz.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://edition.cnn.com/middleeast/live-news/iran-plane-crash-investigation/index.html

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR