“Rusiya sanksiyalara görə silah satışından əldə etdiyi 15 milyard dolları da itirəcək. Bundan başqa bütün dünya rus silahlarının necə səmərəsiz olduğuna bir daha şahid oldu”.
Musavat.com xəbər verir ki, bu sözlər “Ukrspeeksport” agentliyinin keçmiş direktoru, Ukraynanın Milli qəhrəmanı Sürgey Bondarçukun yerli “liga.net” saytına verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, rusların son dövrlərdə xarici ölkələrə satdığı silahlardan biri də “Pantsir” hava hücumundan müdafiə sistemi və “Su-34” təyyarələri olub.
Lakin indi onları belə satmaq mümkün olmayacaq. Çünki “Pantsir”lər Qarabağ müharibəsində özünü çox pis göstərib. Onlar Türkiyə “Bayraktar”ları üçün asan hədəfə çevrilib.
“Bununla Rusiya həm Hindistan, həm Asiya, həm də Afrika bazarlarını itirmək təhlükəsi ilə üzləşib. Rusiya Federasiyası üçün bu, ildə 15 milyard dollardan məhrum olmaq deməkdir. Üstəlik, ölkənin nə texnoloji, nə də resurs cəhətdən yeni silah növlərini kütləvi istehsal etməyə gücü də qalmayıb”,-deyə o qeyd edib.
Musavat.com






