İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna Rusiya ilə hərbi münaqişə etmək gücündə deyil" - Yasenyuk

2901 11.03.2014 14:27 Son xəbər A A
Ukrayna Rusiya ilə müharibə etməyəcək və belə bir niyyəti də yoxdur.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Arseni Yasenyuk deyib.

Onun sözlərinə görə, Ukrayna əlindən gələni edir ki, Rusiya ilə konflikti sülh yolu ilə həll etsin: “Biz qərbli tərəfdaşlarımızla birlikdə əlimizdən gələn bütün vasitələrdən istifadə edib bu münaqişəni diplomatik və siyasi yollarla həllinə nail olaq”.

Baş nazir vurğulayıb ki, bu gün hamı sakit olmalı və problemin həllinə ilk növbədə soyuq başla necə nail olmağın yollarını araşdırmalıdır.
Münaqşənin həlli yoluna gəldikdə isə baş nazir deyib ki, Ukrayna Rusiya ilə hərbi münaqişə etmək gücündə deyil: “Ukrayna silahlı qüvvələri ilə Rusiya silahlı qüvvələrinin münsibətini müqayisə etməyə belə dəyməz. Hərbi aviasiyanın gücünü müqayisə etsək, görərik ki, bu müqayisə 1:98 nisbətindədir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR