Ukrayna Ali Radasının (parlament) rəsmi qəzetində (“Qolos Ukraini”) Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı “Milli müqavimətin əsasları” haqqında qanun dərc olunub.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, qanun 2022-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.
Sənədə görə, ölkənin ərazi bütövlüyünün müdafiəsi üçün hər bir vilayətdə könüllü dəstələr yaradılacaq. Həmin birliklər Ukrayna Silahı qüvvələrinin tərkib hissəsinə çevriləcək. Onların içində Xüsusi əməliyyatlar qüvvələrinin ayrı-ayrı hissələri yerləşdiriləcək. Qanun Ukraynanın müdafiəsi naminə bütün əhalinin səfərbər olunmasına icazə verir.
Milli müqavimətə ümumi rəhbərlik Ukraynanın Ali baş komandanı, yəni prezident tərəfindən həyata keçiriləcək.
Müqavimət sisteminin yaradılması üçün Vladimir Zelenski Silahlı qüvvələrin ümumi sayını 4,4%, yəni 250 mindən 261 min nəfər çıxarılması haqqında qanun imzalayıb. Həmin akt sayəsində Ukrayna 2023-cü ilə qədər icbari hərbi çağırışdan qurtulmağı və ordunun tam surətdə NATO standartlarına yaxınlaşdırılmasına ümid edir.
Musavat.com






