İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna prezidenti köhnə elitanın ona qarşı siyasi sui-qəsd hazırladığını bəyan edib

852 01.11.2020 21:50 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenski son günlərdə Konstitusiya məhkəməsi ilə baş verən böhran barədə danışıb.

Musavat.com yerli mediaya istinadən xəbər verir ki, o, ölkənin ən ali məhkəmə qurumunun aparılan islahatlara qarşı son demarşını “köhnə elitaların dövlət başçısına və bütövlükdə respublikaya qarşı sui-qəsdin nəticəsi” adlandırıb.

Onun sözlərinə görə, bədnam qüvvələr Ukraynada nüfuzlarını saxlamaq üçün, habelə “öz korrupsioner həyat tərzlərinin qorunub saxlanmasının təminatı olaraq” zəif bir prezident arzulayırlar.

Xatırladaq ki, bu ilin okrtyabr ayının 27-də Ukrayna Konstitusiya məhkəməsi məmurların gəlir və əmlak bəyannamələrində uyğunsuzluq aşkar edilməsi halında cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan müddaəların, habelə Milli antikorrupsiya komitəsinin fəaliyyətinin ölkənin əsas qanununa qarşı olması barədə qərar çıxarıb.

Vladimir Zelenski bununla Ukraynanın Avropa Birliyinin yanında bir sıra üstünlüklərini, o cümlədən vizasız rejim və maliyyə yardımlarını itirəcəklərindən qorxduğunu dilə gətirib. O, buna görə də Konstitusiya məhkəməsinin hakimlərinin səlahiyyətlərinə vaxtından qabaq xitam veirlməsi haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR