İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Prezident Ofisi: "Rusiya referendum keçirmək istədiyi əraziləri nəzarətdə saxlaya bilməyəcək"

280 04.08.2022 12:33 Dünya A A


"Rusiya Silahlı Qüvvələri referendum keçirmək istədikləri əraziləri nəzarətdə saxlaya bilməyəcək".

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, qarşı tərəf daim saxta səsvermə tarixini dəyişir: "Amma mən bu barədə danışmaq istəmirəm. Çünki biz belə bir referendumun keçirilməyəcəyinə əminik. Bu ərazilər Rusiyanın nəzarətində olmayacaq”.

İqor Jovkva vurğulayıb ki, Kreml özü də səsvermənin keçiriləcəyinə əmin deyil. O hesab edir ki, Rusiya məhz buna görə də tez-tez referendumun keçiriləcəyi tarixi dəyişir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın sentyabrın sonunadək referendum keçirəcəyi barədə məlumat yayılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR