İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna parlamenti NKVD və KQB arxivlərinin açılması haqqında qanun qəbul edib

1420 09.04.2015 16:41 Son xəbər A A
Ukrayna Ali Radası “1917-1991-ci illər ərzində kommunist-totalitar rejimin repressiv orqanlarının arxivlərinin açılması haqqında” qanun qəbul edib.

APA-nın “censor.net” saytına istinadən yaydığı məlumata görə, qanunun lehinə 261 deputat səs verib. Bu qərarla NKVD (Narodnıy Komissariat Vnutrennix Del) və KQB-nin (Dövlət Təhlükəsizlik Komitəsi) Ukraynadakı arxivləri Milli Yaddaş İnstitutuna veriləcək və bu sənədlərin üzərindəki məxfilik qrifi qaldırılacaq.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR