Ukrayna parlamenti federallaşma haqda xalq sorğusuna icazə vermədi
Ukrayna Ali Radası mayın 25-də prezident seçkiləri ilə eyni gündə federallaşma ilə bağlı ümumukrayna məsləhətçi sorğusunun keçirilməsi haqda qanun layihəsini rədd edib. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sənədə lazım olan 226 deputatın səsi əvəzinə 154 deputat səs verib.
Xatırladaq ki, mayın 11-də Donetsk və Luqanskda separatçılar regionların statusuna dair “referendum” keçirməyə hazırlaşır.
Musavat.com






