İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna ordusu uğur qazana bilməsə, ölkə çətin vəziyyətdə qalacaq" - Britaniyalı ekspert

648 28.07.2023 14:53 Son xəbər A A

Ukrayna silahlı qüvvələrinin əks-hücumunda uğur əldə olunmasa, Qərb Kiyevə kömək etmək istəyini itirəcək, Ukrayna prezidenti Vladimir Zelenski isə son dərəcə çətin vəziyyətdə qalacaq.

Musavat.com xəbər verir ki, britaniyalı hərbi ekspert Şon Bellbu barədə  fikirlərini Sky News-a müsahibəsində bölüşüb.

Analitikin fikrincə, əks-hücum əməliyyatı üçün daha yaxşı şərait təsəvvür etmək mümkün deyil, çünki Ukrayna tərəfi hazırda Qərbdən silah, təlim və pul alır.

“Lakin bütün bu dəstəklə Ukrayna yayın sonuna qədər uğur qazana bilməsə, çox güman ki, Qərbin Ukraynaya inamı xeyli sarsılacaq. Bu, ölkəni çətin vəziyyətə salacaq”, - Bell bildirib.

Onun fikrincə, Ukraynanın gələcəyi ABŞ-da keçiriləcək prezident seçkilərindən asılıdır. Donald Tramp qalib gəlsə, Kiyevə dəstək ciddi şəkildə azala bilər. Mütəxəssisin sözlərinə görə, bu günə kimi ABŞ-ın yardımı digər dövlətlərin dəstəyindən on dəfə çoxdur.

Bell bildirib ki, Vaşinqtonun köməyi Ukrayna üçün çox vacibdir.

Hadisələrin inkişafı üçün əlverişsiz ssenaridə Zelenski itirilmiş əraziləri geri ala bilməyəcək”, - o, yekunlaşdırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR