İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu iki istiqamətdə Rusiya qoşunlarının hücumunu dəf edib

376 11.06.2022 22:02 Dünya A A

Ukrayna ordusu iki istiqamətdə Rusiya qoşunlarının hücumunu dəf edib

Bu gün Ukrayna hərbçiləri Slavyansk və Baxmut istiqamətində Rusiya ordusunun hücumlarını dəf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Slavyank istiqamətində Rusiya ordusunun sistemli artilleriya atəşi həyata keçirdiyi bildirilir. Ukrayna əsgərləri Brajkovka, Dolina və Vernopol bölgəsində rus qoşunlarının hücumunu uğurla dəf etdiyi, sonuncuların geri çəkildiyi gələn xəbərlər arasındadır.

Bundan başqa Rusiya Silahlı qüvvələri minaatan, artilleriya, çoxsaylı reaktiv sistemlərin dəstəyi ilə Boqorodiçnoedə möhkəmlənməyə çalışdığı, bu istiqamətdə döyüşlərin davam etdiyi qeyd olunur.

Baxmut istiqamətində Rusiya ordusu Nikolaevka, Beloqovka, Qorski, Kamışevaxi və Novoluqanski yaxınlığındakı Ukrayna mövqelərini atəşə tutub. Rusların aviasiyadan istifadə edərək Pokrovski yaxınlığında hücum etdiyi göstərilib.

Popasna bölgəsində ukraynalı müdafiəçilərin rusların irəliləməsini uğurla dayandırdığı vurğulanır.

Bununla bilrikdə RF Silahlı qüvvələrinin Nirkovo istiqamətində irəlilədiyi, döyüşlərin davam etdiyi bildirilib. Nikolaevka istiqamətində Rusiya ordusunun hücumunun dayandırıldığı qeyd olunur.

Berestovoye bölgəsində hücuma keçən Rusiya ordusunun itki verdiyi və əvvəllər işğal edilmiş mövqelərə geri çəkildiyi təsbit edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR