İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nazirindən Rusiya ilə bağlı gözlənilməz açıqlama: "Ehtiyacımız var..."

2653 17.06.2024 00:57 Dünya A A

Rusiya Ukrayna üzrə növbəti Sülh Sammitinə dəvət olunacaq, bu, yekun olmalıdır, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Kuleba bildirib.

“İdeya budur ki, növbəti sammit müharibənin sonu olacaq. Və təbii ki, danışıqlar masasında qarşı tərəfə ehtiyacımız var. Müharibəni bitirmək üçün hər iki tərəfə ehtiyac olduğu göz qabağındadır”, - “Strana” nəşri Kulebadan sitat gətirir.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri etiraf edib ki, gec-tez Rusiya ilə danışmaq lazım gələcək.

"Əlbəttə, biz çox yaxşı başa düşürük ki, Rusiya ilə danışıqların lazım olacağı an gələcək", - Kuleba vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, Qərblə Qlobal Cənubun mövqeləri fərqlidir.

Musavat.com bu xəbərə əlavə olaraq bildirir ki, Ukrayna üzrə ikinci Sülh sammiti ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl baş tuta bilər. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR