İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müdafiə naziri Rusiya Federasiyası ilə “ərazi kompromisi”nin şərtlərini açıqlayıb  

815 12.08.2022 19:39 Dünya A A

Ukrayna müdafiə naziri Aleksey Reznikov Rusiya ilə ərazi kompromisinin şərtlərini açıqlayıb. Onun sözlərinə görə Ukraynanın 1991-ci il sərhədləri bərpa olunmalıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “DR Denmark” telekanalında danışıb.

A.Reznikovun sözlərinə görə, Ukrayna ordusu əks-hücum üçün öncə cəbhəni sabitləşdirməlidir:

"Əraziləri azad etmək üçün bizə əks-hücum lazımdır, ona görə də bunu fakt kimi elan etdik. Xalqımız və tərəfdaşlarımız bizdən aktiv hərəkətlər gözləyir, lakin hər kəs bilməlidir k, bunun üçün bizə daha çox silah lazımdır. Bizim əsas məqsədimiz torpaqlarımızı, o cümlədən Xerson, Mariupol, Berdyansk, Luqansk, Donetsk və təbii ki, Krımı azad etməkdir”, - deyə nazir bildirib.

Reznikovun sözlərinə görə, Rusiya ilə “kompromislər”lə bağlı suallara yalnız Ukrayna müttəfiqlərindən sabit dəstək alması və gələcək illər üçün təhlükəsizlik arxitekturasının qurulması halında cavab vermək mümkündür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR