İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə müharibə getdiyi bir vaxtda Kreml elitasının uşaqları nə edir?

1137 10.08.2022 18:51 Region A A

“Sadə buryatlar Rusiya ordusunun “top yemi” kimi Ukraynada qırılarkən, Kreml elitasının uşaqları dəbdəbəli mənzillərdə gizlənir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “FreedDom” layihəsinin jurnalistləri Medvedevin, Şoyqu və Solovyovun, Peskovun övladlarının müharibə zamanı nə işlə məşğul olduqlarını araşdırıblar.

Rusiya Federasiyasının keçmiş prezidenti Dmitri Medvedevin oğlu İlya ABŞ-da yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahiblik lisenziyasından məhrum olduqdan və ölkədən qovulduqdan sonra dərhal “Vahid Rusiya” partiyasına qoşulub.

Kremlin sözçüsü Dmitri Peskovun qızı Liza Peskova Fransadan “çıxması xahiş edildikdən” sonra Rusiyaya qayıdıb və gəmiqayırma zavodlarının modernləşdirilməsi üzərində işləmək qərarına gəlib.

Kremlin əsas ruporu Vladimir Solovyovun oğulları Aleksandr və Daniil Solovyovlar üçün də cəbhəyə baxmağın mənası yoxdur. Halbuki ata Solovyov bütün ölkədə canlı yayımda Ukraynada aparılan "xüsusi əməliyyat"a oğullarını da göndərəcəyini vəd etmişdi. Lakin Aleksandr rejissor kimi fəaliyyət göstərir, Daniil isə aktyor sənəti ilə məşğuldur.

Sergey Şoyqunun böyük qızı Yuliyanın həyatında sürətli karyera yüksəlişi atası hələ Rusiyanın Fövqəladə Hallar Nazirliyinə rəhbərlik etdiyi zaman başlamışdı. Şoyqunun kiçik qızının (Kseniya) da dünyəvi həyat tərzi sürdüyü, dövlətin tikinti layihələrindən yaxşı pul qazandığı deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR