İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hərbçiləri Rusiya ordusunun 2 bölüyünü məhv edib, əsgərlərlə dolu avtobusu ələ keçirib FOTO

1561 01.03.2022 23:10 Son xəbər A A

Ukraynanın 14-cü Knyazovsk briqadasının hərbçiləri sutka ərzində Rusiya qoşunlarının iki bölüyünü məhv edib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Ukrayna hərbçiləri həmçinin Rusiya hərbçilərinin olduğu avtobusu ələ keçirib.

Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 7 ədəd hava hücumundan müdafiə sistemləri, 3 ədəd İHA, 60 gəmi, 2 ədəd kater itirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələri Berdyansk aerodromunda “Toçka-U”nu vuraraq qarşı tərəfin texnikasını məhv edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR