İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna göydə Rusiya ordusunun, Britaniya isə yerdə rus oliqarxlarının helikopterlərini “ovlayır”

871 02.04.2022 18:45 Dünya A A

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps rusiyalı oliqarxa məxsus şəxsi təyyarələrdən daha birinə əl qoyduqlarını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

“Biz minlərlə günahsız insanın qanlarının töküldüyü bir vaxtda Putinin himayəsi altında milyonlarla pul qazananların dinc şəraitdə yaşamasını seyr etməyəcəyik”, - deyə Şapps yazıb.

Böyük Britaniya Nəqliyyat Departamenti xüsusi bildiriş yayaraq, təyyarənin Londonun Luton hava limanından qalxmasına icazə verilmədiyini bildirib.

Lakin nazirlik hava gəmisinin kimə məxsus olduğu barədə informasiya verməkdən boyun qaçırıb.

Bundan öncə departament “HeliCo Group LLC” şirkətinə aid bir helikopterin və iki şəxsi təyyarənin müsadirə olunduğunu xəbər etmişdi.

Həmin təyyarələr Roman Abramoviçin ortağı, milyarder Yevgeni Şvidlerə məxsusdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR