İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna defolt ərəfəsindədir - SP

880 10.03.2024 23:05 İqtisadiyyat A A

Beynəlxalq reytinq agentliyi S&P Ukraynanın kredit reytinqini “CCC”-dən “CC”yə endirib, proqnoz neqativdir və agentlik xarici kommersiya öhdəlikləri üzrə defolt ehtimalını çox yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin yazdığına görə, S&P Kiyevin öz şəxsi kreditorları ilə borcların restrukturizasiyası üzrə danışıqlara yaxın vaxtlarda başlayacağını, bu prosesin 2024-cü ilin ortalarında başa çatacağını proqnozlaşdırır.

Reytinq agentliyi onu da əlavə edib ki, Ukraynanın ortamüddətli iqtisadi perspektivləri davam edən işğalçı müharibəninə ölkə iqtisadiyyatına və demoqrafik vəziyyətinə ciddi ziyan vurması səbəbindən yüksək dərəcədə qeyri-müəyyənliyə məruz qalır.

Dekabrın 9-da “Fitch” reytinq agentliyi Ukraynanın suveren kredit reytinqini “SS” səviyyəsində təsdiqləyib. Bu kateqoriya yüksək defolt ehtimalını və borcun ödənilməməyə həssaslığını göstərir; riskləri sıralamaq üçün daha iki kateqoriya "SS"-dən aşağıda yerləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR