İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukrayna böhranı Azərbaycandakı münaqişənin təkrarıdır"

1094 09.09.2014 11:40 Dünya A A
Avropa Parlamentinin xarici işlər və konstitusiya məsələləri komitələrinin üzvü, Polşadan seçilmiş avroparlamentari Yasek Saryus-Volski (Jacek Saryusz-Wolski) “eunews.az”la Ukrayna və digər Şərq tərəfdaşlığı ölkələrində mövcud böhranla bağlı fikirlərini paylaşıb.

Yasek Saryusz-Volski həm də Avropa İttifaqı–Ukrayna parlamentlərarası əməkdaşlıq komitəsinin və Avronest parlament assambleyasının üzvüdür.

“Ukraynada baş verənlər Moldova, Gürcüstan və Azərbaycandakı dondurulmuş münaqişələrin təkrarıdır”, - avroparlamentari deyib və əlavə edib: “Deyə bilərəm ki, Ukrayna böhranı ortaya eyni çətinlikləri qoya bilər”.

Avroparlamentari bildirib ki, buna baxmayaraq, Ukrayna böhranının artıq mövcud münaqişələrə Avropa İttifaqı tərəfindən yeni yanaşma gətirəcəyinə əmin deyil.

Qeyd edək ki, Yasek Saryusz-Volski həmçinin Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan parlamentlərarası əməkdaşlıq komitələrinin əvəzləyici üzvüdür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR