İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna bataqlığı

1590 05.03.2022 09:52 Yazarlar A A

Belə görünür ki, Putin, Ukrayna ilə müharibə qərarını bir neçə il öncədən alsa və bununla bağlı hərbi hazırlıq görülsə də, xeyli müddət ikitərəfli müharibəyə ehtiyatlı yanaşıb.

Hətta, pandemiya dövründə Ukraynanı işğalla bağlı planı reallaşdırma ehtimalı daha yüksək olub, sadəcə, 2020-ci ilin yayından etibarən Azərbaycanla - Ermənistan arasında artan hərbi gərginliyin sentyabr ayında ani müharibəyə çevrilməsi, Putinin bu planını suya salıb.

Azərbaycan 2-ci Qarabağ müharibəsiylə, sadəcə öz torpaqlarını işğalçılardan azad etməyib, Putinin diqqətini Cənubi Qafqaza yönəldərək Ukraynaya hərbi gücünü artırması üçün vaxt qazandırıb.

Bu prosesdə NATO üzvü Türkiyənin, Putinin planlarıyla bağlı informasiya axınının da mühüm rolu olduğunu görürük.

Rusya'nın saldırısının 3. gününde Ukrayna'dan fotoğraflar | NTV

Bu gün, Rusiya Kiyev şəhərinə iskəndər roketləri atmağa başlayıb, eyni roketi 10 noyabr 2020-ci ildə Bakıya atmış, İsrailin Azərbaycana verdiyi Dəmir Qübbə sayəsində havada zərərsizləşdirilmişdi.

Putinin illərdir yaxın çevrəsi tərəfindən yanlış yönləndirildiyi, səhv məlumat və əsası olmayan hesabatlara inandırılmasıyla, Rusiyanın Ukrayna bataqlığına çəkilməsiylə bağlı iddialar var.

Rusiya – Ukrayna müharibəsinin, Avropa Birliyi ölkələrinə də mənfi təsirləri az deyil, bu müharibəni 1939-cu ildə Hitler Almaniyasının Polşanı işğalıyla eyniləşdirmək mümkündür.

İkinci dünya müharibəsi ərəfəsində olduğu kimi, bu prosesdə hələki qazanclı çıxan əsas ölkə ABŞ və onun maraqlarıdır. Avropa Birliyi nəzdində az qala öz əhəmiyyətini itirən NATO-nun yenidən mühüm hərbi birliyə çevrilməsi və ABŞ-ın AB ölkələrində öz nüfuzunu bərpası, bu maraqlar arasındadır.

ABŞ, Avropanı və Ukraynanı maksimum şəkildə Rusiyaya qarşı silahlandırmağa davam edəcək

Rusiya - Ukrayna müharibəsinin 5-ci günü – ONLAYN XRONİKA

İşğalçı Putin Rusiyasının isə, bir mənalı olaraq, artıq Ukraynada heç bir gələcəyi yoxdur.

Rusiya hələ ki, anbarlardakı ehtiyatlarını işlədir, aprel-may aylarından etibarən, Rusiyaya qarşı tətbiq olunan ağır iqtisadi sansksiyaları rus xalqı da daha yaxından hiss edəcək.

Bu sanksiyalar, aktiv şəkildə sentyabr ayına qədər artaraq davam edəcək.

İki şirkət Rusiya bazarından gedir | Bazarın üzü

Qərbə aid böyük şirkət və holdinqlərin, bir-bir Rusiya bazarından çıxması, öz aktiv və səhmlərini Moskva birjasından çəkmə prosesinə başlaması, müharibənin uzanacağına və Rusiyanı ağır iqtisadi günlərin gözlədiyinə işarədir.

Hətta, 2014-cü ildə Rusiyanın Krımı anneksiyası və Luqansk və Donetski işğalla nəticələndirdiyi hərbi əməliyyatlarda bu cür vəziyyətlə rastlaşmamışdı.

Gedişat isə, onu göstərir ki, Rusiyanın bu bataqlıqdan qalib kimi çıxma şansı yoxdur.

Putin, indi, özünü və ölkəsini saldığı bataqlıqdan üzüsulu çıxartmanın yollarını axtarır.

Ukrayna prezidenti Zelenskini Avropanın qəhramanına çevirən Putinin dünənki çıxışında, Rusiyada yaşayan etniklərə sahib çıxmasının arxasında isə, Rusiyanın parçalanması qorxusu var.

Ağır iqtisadi blokada şəraitində, ölkə totalitarlaşmağa doğru üz tutarsa, muxtar respublikalara sahib etniklərin, müstəqilliyə can atma prosesi sürələnəcək.

Ukrayna ilə müharibədən uğurla çıxmasa, Putin Rusiyanı vətəndaş müharibəsinin eşiyinə gətirəcək.

ELNUR MƏCİDLİ "YENİ MÜSAVAT"DA KÖŞƏ YAZACAQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR