İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Avropa Birliyi ilə assosasiya müqaviləsi bağlamaq istəyir

2276 02.02.2014 11:25 Son xəbər A A
Ukrayna Avropa Birliyi ilə assosasiya müqaviləsi bağlamaq istəyir. ANS PRESS-in Ria Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna AB-ni assosasiya müqaviləsi üzrə texniki danışıqlar aparmağa çağırır. Amma danışıqlarda Rusiyanın da iştirak etməsini tələb edir. Bu barədə xarici işlər naziri vəzifəsini icra edən Leonid Kojara Münhen Təhlükəsizlik konfransında bildirib. 

“Artıq AB və Ukraynanın bir masa arxasında oturmaq və assosasiya müqaviləsini necə həyata keçirəcəyimizi müəyyən etmək vaxtı gəlib çatıb. Biz həm də istəyirik ki, bizimlə eyni masa arxasında Rusiya nümayəndələri də otursun. Siyasi səviyədə yox, texniki səviyyədə. Çünki Rusiya yalnız onun iştirakı ilə həll edilə biləcək bir sıra problemlərin məntiqli həllinə yaxınlaşmaq imkanına malikdir." - deyən Kojara, AB-ni texniki danışıqlar aparmaqda onları dəstəkləməyə çağırdığını da bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR