İnsanlara hürriyət, millətlərə istiqlal!

Uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz - Oreşkin

379 06.06.2024 14:29 Dünya A A

Uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin SPİEF-2024 çərçivəsində keçirilən “Rusiya iqtisadiyyatı: Milli məqsədlərə nail olmağı necə təmin etmək olar” adı ilə təşkil olunmuş forumda deyib.

“Məqsəd və vəzifələri prezident müəyyən edir. Prezident insanların həyat keyfiyyətini ön plana çəkir. Suverenliyin təmin edilməsi məqsədləri üç səviyyədədir - dövlət, mədəni-dəyər və iqtisadi səviyyədə. Əsas hədəf xüsusi hərbi əməliyyatın təcrübəsi, yeni texnoloji həllər, idarəetmə sistemləri nəzərə alınmaqla silahlı qüvvələrin modernləşdirilməsidir. Bizim yeni müdafiə nazirimiz var və ona bu vəzifə həvalə olunub. Bu, göz qabağındadır ki, uğurlu ordu olmadan uğurlu iqtisadiyyat ola bilməz”, - Oreşkin bildirib.

Qeyd edək ki, dövlətin yalnız qaba güc tətbiq etməklə iqtisadi inkişafa nail ola biləcəyinə dair ehkam yüz illərdir Rusiya isteblişmentinin təfəkkürünü tərk etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR