İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

613 23.04.2022 02:36 İdman A A

UEFA Region Kubokunun 2022/2023 mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Region Liqasında 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.

Oyunlar 23 - 29 iyunda olacaq.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Qeyd edək ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR