İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA-nın tibb məsləhətçisi: "AVRO-2020 mütləq keçiriləcək"

335 25.02.2021 02:24 İdman A A

"AVRO-2020 baş tutmaya bilməz".

"Report"un məlumatına görə, bu fikirləri UEFA-nın tibbi məsləhətçisi Daniel Kox "Reuters"ə açıqlamasında deyib.

O bildirib ki, Avropa çempionatı ilə bağlı pis variant nəzərdən keçirilmir: "Əksinə, hazırda realist və nikbin ssenari var. Turnir mütləq keçiriləcək".

Koxun sözlərinə görə, azarkeşlər AVRO-2020-nin oyunlarını izləmək üçün digər ölkələrə səyahət imkanı əldə edə bilərlər.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR