İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Millətlər Liqası: Kosovo yığması Azərbaycan millisinə böyük hesabla qalib gəlib

3985 21.11.2018 01:50 İdman A A

Kosovo yığması UEFA Millətlər Liqasının VI tur matçında Azərbaycan millisinə böyük hesabla qalib gəlib.

"Report" xəbər verir ki, meydan sahiblərinin heyətində 10 nömrəli oyunçu Arber Zeneli 3 dəfə, 13 nömrəli oyunçu Amir Rrahmani isə 1 dəfə fərqlənib.

Qarşılaşma Kosovo yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

***

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçda hesab 4:0-a çatıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli qarşılaşmanın 76-cı dəqiqəsində matçda 3-cü qolunu vurub.

Kosovo - Azərbaycan - 4:0

***

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçda hesab 3:0-a çatıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 13 nömrəli oyunçusu Amir Rrahmani qarşılaşmanın 61-ci dəqiqəsində meydan sahiblərini növbəti dəfə hesabda irəli çıxarıb. Kosovo - Azərbaycan - 3:0

***

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçda növbəti dəfə hesab açılıb.

"Report" xəbər verir ki, meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli qarşılaşmanın 50-ci dəqiqəsində komandasını ikinci dəfə hesabda irəli çıxarıb: 2:0

***

UEFA Millətlər Liqasının VI tur matçında üz-üzə gələn Kosovo və Azərbaycan yığmaları arasında matçın ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, ilk hissədə meydan sahiblərinin 10 nömrəli poyunçusu Arber Zeneli komandasını hesabda irəli çıxarıb: 1:0.

İlk hissə bu hesabla da yekunlaşıb.

***

Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız da son oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Kosovo ilə üz-üzə gəlir. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilir. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.

Priştinada əldə ediləcək istənilən hesablı qələbə yığmamızı Avro-2020-nin final mərhələsinə bir addım yaxınlaşdıracaq. Çünki Avropa çempionatına seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməyən, lakin Millətlər Liqasında yüksək yer tutan komandalar 2020-ci ilin martında son 4 vəsiqə uğrunda mübarizə aparacaq.

 

20 noyabr

D Liqası

23:45. Kosovo – Azərbaycan - 1:0 (Birinci hissə)
Qol: Zeneli, 2
Baş hakim: Benua Milyo (Fransa)
Priştina. Fadil Vokrri stadionu

23:45. Malta – Farer adaları - 0:0 (Birinci hissə)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR