İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç vəzifəli şəxsə şiddətli TÖHMƏT VERİLDİ

1356 13.06.2024 00:57 Ölkə A A

Təhsil müəssisələrində şagirdlərin dərsə, pedaqoji və texniki işçilərin işə davamiyyəti, tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin qaydalara uyğun tərtib olunmasının yoxlanılması və digər məsələlərin araşdırılması məqsədilə monitorinq və yoxlamalar aparılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı dərnəklərin düzgün təşkil olunmadığı, işçilərin işə davamiyyətinin zəif olduğu, işçilərin öz vəzifə funksiyalarını qanunamüvafiq yerinə yetirmədiyi, şagird davamiyyətinin zəif olduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı müəyyən edilib.

Ağcabədi Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Ağdam rayon 129 nömrəli tam orta məktəbinin, Bərdə rayon Zümürxan kənd Xankişi İsmayılov adına tam orta məktəbin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR