Üç fərqli yırtıcının bu dostluğu əsl möcüzədir - FOTOLAR
Ayı, benqal pələngi və bir aslanın inanılmaz dostluğunu görüb heyrətlənməmək mümkün deyil.
ABŞ-ın Georgiya ştatında yerləşən "Nuhun gəmisi" adlı heyvanxanada saxlanılan bu üç yırtıcı heyvan hələ iki aylıq olarkən heyvanxana işçiləri onları narkotik alverçilərindən xəstə halda alıblar.
Sonradan müalicə edilərək sağlamlıqlarına qovuşan balalar elə o gündən bir yerdə böyüməyə başlayıblar.
Bir yerdə üç doğma qardaş kimi yaşayan ayı Balu, aslan Leo, pələng isə Şera Xan adlanır.
Bu üç müxtəlif növə mənsub yırtıcı heyvanlar arasındakı mehribanlığı və dostluğu dünyanın növbəti möcüzəsi də adlandırmaq olar.
Lakin, heyvanxana rəhbərliyi onları ayırmalı olacaqlarından narahatdır. Belə ki, ştat hökumətinin qəbul etdiyi yeni qanuna görə, pələng və aslanlar yalnız beş metrlik hasarla əhatələnmiş ərazilərdə saxlanıla bilər. Üçdostun indiki evlərinin hasarı isə iki metr hündürlükdədir. Həmin heyvanxanada beş metrlik hasar tikmək üçün 489 min dollara ehtiyac var. (interaz)