İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç erməni zabiti Kəlbəcərdə uçuruma yuvarlandı, biri öldü

1319 19.01.2015 10:17 Son xəbər A A
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda işğalçı erməni qüvvələrinin üç zabitini aparan maşın uçuruma yuvarlanıb.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, hadisə yanvarın 17-də baş verib, ancaq bu haqda ertəsi gün - yanvarın 18-də xəbər yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyərək deyib ki, qəzaya düşənlər “yerli hərbi hissənin” zabitləridir. Onun sözlərinə görə, Qarabağdan alınan məlumata əsasən Kəlbəcərdəki kəskin dağ döngələrinin birində sürücü idarəetməni itirib və “Nissan” markalı avtomobil uçuruma yuvarlanıb. Nəticədə mayor Artur Vardevanyan hadisə yerində ölüb, daha iki zabit - mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan ağır yaralanıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR