İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç deputatın ABŞ səfərinə həmkarlarından dəstək

758 04.04.2019 08:40 Siyasət A A

Fəzail Ağamalı: “Bu səfər mütləq öz bəhrəsini verəcək”; Bəxtiyar Sadıqov: “İnkişaf etmiş ölkələr islahatlarda bizə dəstək versinlər”

Azərbaycan parlamentinin üç deputatı hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstəyi təmin etmək üçün Vaşinqtona səfər edib. Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər.

Deputatlar konfransda  diqqətçəkən fikirlər səsləndiriblər. Səməd Seyidov Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib: “Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmnuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük”.

Deputat Asim Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün islahatçılar lazımdır. “ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səfərin önəmli olduğunu söylədi: “Hörmətli həmkarlarımın bu səfərini yüksək qiymətləndirirəm. Onların hər üçü hər zaman Azərbaycan dövlətçiliyinə xidmət etmələri barədə fikirlərini ortaya qoyublar. Bu gün ölkə prezidenti tərəfindən həyata keçirilən və islahatlar xarakteri daşıyan ciddi dəyişikliklər Azərbaycanın bu gününə və sabahına çox uğurlu perspektivlər vəd edir. Bu da Azərbaycanı istəməyən qüvvələri qıcıqlandırır, narahat edir. Ən müxtəlif yollarla buna mane olmağa çalışırlar. Erməni diasporunun maliyyəsi ilə müxtəlif dövlətlərin deputatları, media orqanları, beynəlxalq təşkilatların təmsilçiləri ölkəmizə qarşı fəaliyyət göstərir, öz düşmən mövqelərini nümayiş etdirirlər. Amerikada da erməni diasporu güclüdür. Onların Amerikanın xarici siyasətinə təsirləri kifayət qədərdir. Bu, bütün məqamlarda özünü göstərməkdədir. Onları neytrallaşdırmaq üçün cənab prezident tərəfindən uzun müddətdir bünövrəsi ulu öndərimiz tərəfindən qoyulmuş lobbiyə qarşı dayanmaq, onları neytrallaşdırmaq tendensiyası başlamışdı. Bununla yanaşı, deputatların bu tendensiyaya qoşulması ona əlavə imkanlar açır, güc qatır.

İlgili resim

Bu bütövlükdə ölkəmizin xeyrinədir. İslahatlara mane olmaq üçün ən müxtəlif istiqamətlərdən, hətta qonşu dövlətlər tərəfindən müxtəlif xarakterli xoşagəlməz təhdidlərin şahidi oluruq. Bu elementlər müxtəlif səviyyədə özünü ifadə etməkdədir. Onların başqa missiyaları Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq mümkünlüyünü diqqətə çatdırmaqdır. Ölkəmizin Avropa üçün əhəmiyyətli olduğu qeyd edilib. Bu təmələ söykənərək Azərbaycanla ABŞ arasında münasibətlər daha da möhkəmləndirilməlidir. Azərbaycanda gedən islahatlara dəstəyin verilməsi çox önəmlidir. Dəstəyin də daha geniş səviyyədə ifadə olunmasına ciddi ehtiyac var. Bu baxımdan həmkarlarımın səfəri mütləq öz effektini verəcək. Amma bununla kifayətlənmək olmaz. Bu və ya buna bənzər səfərlər Amerikaya, Avropanın aparıcı ölkələrinə təşkil olunmalıdır. Burada deputatlar, KİV-lərin tanınmış təmsilçiləri, QHT-lərin beynəlxalq səviyyədə yüksək əlaqələri olan təmsilçiləri yaxından iştirak etməli, belə görüşlər keçirməlidirlər. Bu, Azərbaycan dövlətinin milli mənafeyinə xidmət edən missiya olardı. Həm də bu, bizi istəməyən qüvvələrin təzyiqlərinin, təhdidlərin qarşısının alınmasında mühüm rol oynayardı”.

Bəxtiyar Sadıqov ile ilgili görsel sonucu

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov: “Həmkarlarımızın mövqeyi tamamilə doğrudur. Bir neçə gündən sonra cənab prezidentin prezidentliyə başlamasının yeni dövründən artıq bir il keçir. Seçki kampaniyası dövründə seçiləcəyi təqdirdə islahatlar aparacağını bəyan etmişdi. Onun sonrakı dövr fəaliyyəti göstərdi ki, həqiqətən də Azərbaycan çox mühüm islahatların aparılmasını qarşısına məqsəd qoyub, bununla bağlı konkret planları, düşüncələri var. Bunu mərhələlər üzrə artıq keçirməyə başlayıb. Xüsusilə ötən ilin axırlarından və bu ilin əvvəllərindən başlayaraq biz bu sahədə çox ciddi addımların atıldığının şahidi olmaqdayıq. Bütün sahələrdə çox ciddi yeniliklərin şahidi olmuşuq, olmaqdayıq. Bunun bəhrəsini də görməkdəyik. Biz hamımız bunu alqışlayırıq.

Cənab prezidentin bu islahatları birbaşa bizə ünvanlanıb. Amerikaya səfər edən bir qrup deputatımız orada görüşlər keçirdi. Sözsüz ki, burada söhbət böyük islahatlardan gedirsə, bunun Azərbaycanın tək daxili ilə məhdudlaşmağı mümkün deyil. Dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətlərimizə bu islahatların ciddi təsirləri var. Çox maraqlıyıq ki, dünyanın inkişaf etmiş dövlətləri, bütün beynəlxalq təşkilatlar islahatlarda bizə dəstək versinlər, əgər hər hansı bir köməkləri dəyə bilərsə, onu bizdən əsirgəməsinlər. Dəstəklər sayəsində islahatlarımız daha sürətlə gedər, uğurlar daha çox olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR