İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç ay əvvəl evlənən gənc özünü körpüdən atmaq istədi - SƏBƏB (YENİLƏNİR, FOTO-VİDEO)

8630 26.11.2014 23:46 Son xəbər A A

“Koroğlu” metrostansiyasının yaxınlığındakı asma körpüdə növbəti intihara cəhd hadisəsi baş verib. Musavat.com-un məlumatına görə, körpüyə çıxan bir nəfər kişi özünü atacağı ilə hədələyir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb edilib. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğludur.
 
Hazırda intihar etmək istəyən şəxsi fikrindən daşındırmaq üçün danışıqlar aparılır.

Musavat.com-un hadisə yerində olan əməkdaşı 24 yaşlı gəncin intihara cəhdinin səbəbini dəqiqləşdirib. İlkin məlumata görə, Şəhriyar Şahmarov sevdiyi qızdan rədd cavabı alıb və körpüyə də bu səbəbdən çıxıb. 

Başqa bir məlumata görə isə, Şəhriyar Şahmarovun tanışına 6500 manat borcu var. Onun intiharının mümkün səbəblərindən biri də budur. O, asma körpünün yanına qardaşı ilə gəlib. Qardaşlardan biri körpüyə çıxıb, digəri isə əvvəlcədən razılaşdırıldığı kimi polisə xəbər verib.

***

Metronun “Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən gənc xilas edilib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, FHN-in psixoloq heyətinin körpüdən özünü atmaq istəyən1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlu ilə apardığı danışıqlar müsbət nəticə verib.
 
Gənc təhlükəsizlik qaydalarına əməl etməklə körpüdən endirilib və aidiyyatı üzrə təhvil verilib. 

***

Musavat.com 24 yaşlı gəncin intihara cəhdinin dəqiq səbəbini öyrənib. Məlum olub ki, Şahmarov Şəhriyar Müqəddim 3 ay əvvəl ailə qurub. Onun müxtəlif şəxslərə 6000 manata yaxın borcu var. Pul sahiblərinin təzyiqlərinə tab gətirə bilməyən gənc çıxış yolunu intiharda görüb.

Qardaşı Şəhriyar Şahmarova təsadüfən zəng edib və “İntihar etməyə gedirəm” cavabını eşidib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Toğrul İsmayıl
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR