“Bəzən məğlubiyyətdən sonra hər şeydə başqalarını ittiham etməyə cəhd edirik”.
APA-nın məlumatına görə, bunu Braziliya milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Tyaqo Silva deyib.
Təcrübəli müdafiəçi başa çatan Amerika kubokundakı uğursuzluqları sərt ittihamlarla izah edən Lionel Messinin cavabını verib. Argentinanın yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmasından sonra hakim oyun ərzində VAR-dan istifadə etməməsini qabardan L.Messi Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) korrupsiyada ittiham etməkdən çəkinməyib.
T.Silva argentinalının ittihamlarını eyni sərtliklə cavab verməyi lazım bilib: “Fikrimcə, PSJ “Barselona”ya 1:6 hesabı ilə uduzanda Messi hakim rolunu icra edirdi. Amma biz “Barselona”nın lehinə olan hakimliyi müzakirə etmədik. Hörmət nümayiş etdirmək lazımdır. Braziliya təsadüfən 5 dəfə dünya çempionatlarında qalib olmayıb. Onların hamısı meydanda qazanılıb”.






