Bu gün axşam saatlarından "Twitter"-də yaranan problem bir çox istifadəçiləri təşvişə salıb.
ANS PRESS-in məlumatına görə, bu gün“Twitter”-də yaranan qısamüddətli dayanma istifadəçilərin "Facebook"-da etirazına səbəb olub.
İstifadəçilər öz hesablarına təqribən bir saat ərzində girə bilməyiblər. Saat 17:00 radələrində yaranan bu problem 45 dəqiqə sonra aradan qaldırılıb.
Yaranan vəziyyətlə bağlı "Twitter"dən verilən açıqlamaya görə şirkətin serverlərində texniki problem baş verib və hazırda problemin aradan qaldırılamsı istiqamətində işlər gedir.
45 dəqiqə ərzində istifadəçilər “Twitter”-in əsas səhifəsinə girərkən aşağıdakı mesajla qarşılaşıblar
Son zamanlar sosial şəbəkələrdə bu kimi halların artığını müşahidə etmək olar.
Sistemində nasazlıq yaranan şəbəkələr sırasında dünyanın ən nəhəng sosial şəbəki "Facebook" da var.
İki ay öncə sosial şəbəkədə təhlükəli viruslar yayılması səbəbindən bir sıra istifadəçinin səhifəsinə girişi məhdudlaşdırılıb.
"Facebook"da müşahidə edilən problemlər şirkətin tərkibində olan "WhatsApp"dan da yan keçmir. Bir neçə ay əvvəl ən populyar yazışma proqramını "Google Play" onlayn mağazasından yeniləmək mümkün olmayıb. İstifadəçilər dəfələrlə pöroqramı yeniləməyə cəhd göstərsələr də, telefonun ekranında –“Xahiş edirik bir azdan təkrar yoxlayın" yazısı peydə olub.
"Facebook" sosial şəbəkəsinin məlumat mərkəzləri
"Facebook" "WhatsApp"ı 2014-cü ilin fevralında 19 milyard ABŞ dollarına satın alıb. Nəhəng sosial şəbəkənin banisi Mark Zukerberqin sözlərinə görə "WhatsApp" müstəqil şəkildə öz işini davam etdirəcək.
Lakin buna baxmayaraq yazışma sistemi"Facebook"un tərkibinə keçdikdən sonra onun fəaliyyətində nasazlıqlar tez - tez üzə çıxmağa başlayıb.
Mark Zukerberq - "Facebook"un banisi