İnsanlara hürriyət, millətlərə istiqlal!

Tutulan terrorçular etiraf etdi: “Alman və fransızlardan təlim almışıq” - Foto

4298 17.11.2016 06:23 Dünya A A
Türkiyənin Şırnak vilayətində YPG (PKK-nın Suriya qolu) terror təşkilatının 2 üzvü həbs olunub. 

Musavat.com-un məlumatına görə, Çexiya vətəndaşı olan terrorçular dindirilmə zamanı mühüm məlumatlar verib. Kişi terrorçunun şərti adı “Serxvebun Botan” olan Miroslav Farkas, qadın terrorçunun isə “Zelane Botan” kod adlı Marketa Vseliçova olduğu müəyyən edilib. YPG-yə qoşullmaq üçün Suriyadakı Fransa düşərgələrində və Almaniya Xüsusi Qüvvələrində təlim aldıqlarını etiraf edən terrorçular Suriyada döyüşdüklərini bildiriblər. 

Terrorçular Avropaya keçmək üçün Türkiyəyə gəldiklərini bildirərək qeyd ediblər ki, onlar Avropadan Suriyaya tibbi məmulatlar və dəqiq nişan almaq üçün silahlara quraşdırılan durbin gətirmək istəyirlərmiş. 

Qeyd edək ki, gizli məlumat alan polislər Çexiya vətəndaşı olan terrorçuları sərhədi keçərkən yaxalayıb. Terrorçular YPG-nin xarici əlaqələri haqda da önəmli açıqlamalar veriblər. Miroslav Fakas 2015-ci ildən YPG-yə qoşulduğunu, snayper olduğunu deyib. Qadın terrorçu isə əsasən Avropa-Suriya arasında tibbi, texniki məmulatların təmin edilməsində iştirak etdiyini bildirib.


Musavat.com

düzenlenen operasyonla yakalanan Çek Cumhuriyeti vatandaşı YPG'li teröristler çarpıcı itiraflarda bulundu. ile ilgili görsel sonucu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR