İnsanlara hürriyət, millətlərə istiqlal!

TURSAM rəhbəri TRT Türk-də Rusiyanı tənqid etdi (VİDEO)

789 12.03.2014 02:39 Siyasət A A
Martın 11-də Türkiyənin TRT Türk kanalının “Dünya Gündemi” proqramında Ukraynadakı son hadisələr, Rusiyanın Krıma qoşun yeritməsi və Krımda yaşayan Tatar Türklərinin vəziyyəti ilə bağlı geniş reportaj nümayiş olunub. Türkiyənin Krımdakı Tatarlara yardım etməli olduğu vurğulanan proqramda Rusiyanın xarici siyasəti haqqında danışılmış, rusların tarix boyu qonşularına qarşı imperiya siyasəti yürütdüyü qeyd edilib.

Rusiyanın paytaxtı Moskva şəhərində TRT Türk müxbiri ilə söhbətində Rusiyanın xarici siyasəti barədə danışan TURSAM rəhbəri Əhməd Şahidov rusların Ukraynadan geri çəkilməyəcəyini bildirib və zor tətbiq etməyin Rusiya siyasətinin tərkib hissəsi olduğunu əlavə etmişdir. Keçmiş SSRİ ölkələrindəki hadisələri, 1990-cı ildə Bakıda baş verən qanlı olayları xatırladan Əhməd Şahidov Rusiyanın Cənubi Qafqazdakı imperialist siyasətinin Azərbaycana da təsir etdiyini qeyd edərək, Dağlıq Qarabağ məsələsində rusların birmənalı şəkildə Ermənistanı dəstəklədiyini və erməniləri hərbi cəhətdən müdafiə etdiyini vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR