İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda məktəb və uşaq bağçalarında Yeni il şənlikləri ləğv edilib

970 22.12.2023 12:16 Dünya A A

Bu il Türkmənistanda uşaq bağçalarında və məktəblərdə yeni il şənlikləri keçirilməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Türkmənistan xronikası” nəşrində bildirilir.

Nəşrin məlumatına görə, bu il müəllimlər və tərbiyəçilər valideynlərin bayram tədbirləri ilə bağlı suallarına təxminən eyni şəkildə cavab verirlər: “Üşaqları şəhər yolkasına aparın”.

Bildirilir ki, yerli hakimiyyət orqanları inzibati binaların və ofislərin qarşısında yolkaların quraşdırılmasına icazə vermir. Yeni qaydalara hakimliklər tərəfindən hələlik münasibət bildirilməyib.

Aşqabadda yeni il yolkaları rəsmi olaraq cəmi üç yerdə - “Aləm” mədəniyyət-əyləncə mərkəzinin qarşısında, “İlham” parkında və sirk binasının qarşısında quraşdırılıb. Arkadağ şəhərinin mərkəzində bir yolka quraşdırılıb. Paytaxtda protokol küçələrinin yalnız müəyyən hissələri - Qaraşsızlıq, Bitərəflik və Türkmənbaşı çələnglərlə bəzədilib. Vilayət mərkəzlərində 1-2 yolka qoyulur.

Bildirilir ki, bu il Türkmənistanda dini cərəyanlar Yeni il ərəfəsində fəallaşıblar. İmamlar məscid camaatını “müsəlmanlara yad olan bayram”ı qeyd etməkdən çəkindirirlər. Bundan başqa, bazarlarda donuz ətinin satışına məhdudiyyət qoyulur və artıq idarələrin qarşısında quraşdırılmış yeni il ağacları sökülür. Keçən il əksinə idi, hər idarə giriş qarşısında və binanın içərisində iki yolka quraşdırmalıydı.

Bu arada Türkmənistan əhalisi Yeni ili qeyd etməyə hazırlaşır. Kəndlərdə insanlar mal-qara kəsirlər. Ticarətçilər şikayət edirlər ki, polis dekabrın 31-də axşam saat 22-dən sonra spirtli içkilərin satışının qadağan olunacağı ilə bağlı yenidən xəbərdarlıq ediblər.

Aşqabadda iki polis nümayəndəsi yaşayış massivlərindəki evləri gəzərək insanları Yeni il bayramı günlərində asayişi qorumaq üçün xəbərdarlıq edirlər: “Küçələrdə səs-küy salmayın və fişənglərdən istifadə etməyin”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR