İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan prezidenti “Şeyxulislam” ordeni ilə təltif olundu (FOTO)

605 14.01.2014 01:50 Son xəbər A A
Türkmənistan prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) “Şeyxulislam” ordeni ilə təltif olunub. ANS PRESS-in məlumatına görə, bu barədə sənəd QMİ-nin sədri Şeyxilislam Hacı Allahşükür Paşazadə tərəfindən yanvarın 10-da imzalanıb. 

Sənəddə deyilir: 

Bismillahir – Rəhmanir – Rəhim! 

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi Dini Şurası qərara alır:

Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov tarixi milli-mədəni ənənələrin, dini-mənəvi dəyərlərin qorunması işinə ali diqqət və qayğısına, Türkmənistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə, “Şeyxulislam” ordeni ilə təltif olunur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR