İnsanlara hürriyət, millətlərə istiqlal!

Türklər Səudiyyə Ərəbistanı baş konsulluğunun qarşısına Atatürkün şəkli və "Yaşasın Cumhuriyyət" şüarı ilə getdilər - FOTO

1737 29.12.2023 23:15 Dünya A A

Xəbər verdiyimiz kimi, “Qalatasaray" və "Fənərbaxça" arasında keçirilməsi planlaşdırılan Türkiyə Super Kuboku uğrunda qarşılaşma təxirə salınıb.

Səudiyyə Ərəbistanının paytaxtına təyin olunan "derbi" artıq bu ölkədə oynanılmayacaq.

Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün "Yurtta Sulh, Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.  

Musavat.com xəbər verir ki, Ər-Riyaddakı bu qadağa Türkiyədə böyük etiraza səbəb olub. Trabzonlular Trabzon şəhərindəki Səudiyyə Ərəbistanı baş konsulluğunun qarşısına gedərək Atatürkün şəkli olan "Yaşasın Cumhuriyyət" şüarını qaldırıblar. Stadionda matçı izləməyə gedən türkiyəli azarkeşlər isə ayağa qalxaraq İstiqlal Marşını oxuyublar. 

 

Musavat.com 

photo_2023-12-29_23-19-01.jpg (140 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR