Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyən ermənilərə ABŞ-da fəaliyyət göstərən Türk cəmiyyəti layiqli cavab verib.
Avropa.info xəbər verir ki, ABŞ – ın paytaxtı Vaşinqtonda yaşayan ermənilər, hər il saxta “soyqırım”ın ildönümünü qeyd edirlər. Bir neçə gün öncədən səfirlik qarşısında çadır quran türklər, erməniləri səfirliyə yaxın buraxmamaq üçün keşik çəkiblər.
Səfirliyin hasarlarına türk bayraqları asan Türkiyə vətəndaşları, İstiqlal Marşını oxuyaraq erməni iddialarını rədd edən şüarlar səsləndiriblər. Qarşı səkidə toplanan və səfirliyə yaxınlaşmağa cəsarət etməyən ermənilər isə əllərində plakatlar tutaraq, şüarlar səsləndiriblər. Bir neçə saatlıq mübarizənim sonunda səslərini eşitdirə bilməyən ermənilər prospektdən səssizcə ayrılıblar.






