İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə yardım göndərmək istəyənlərin NƏZƏRİNƏ: Ünvan dəyişdi - VİDEO, FOTOLAR

2080 08.02.2023 13:00 Gündəm A A

Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplanılması mərkəzinin ünvanı dəyişib.

Musavat.com xəbər verir ki, yardımla bağlı Babək prospektində yerləşən "Doğtaş" qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması məqsədilə dəyişdirilib.

Sözügedən yardım aksiyası Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində davam etdirilir. Kompleksdə prosesə polis nəzarət edir. Kampaniyada 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcək.

Qeyd edək ki, fevralın 6-dan hazırkı zamana kimi Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR